Pleyeri seçin:

Zelenskinin ABŞ-dəki davranışları və bədən dili nə məna verir?

19 avqust 2025 481 baxış

Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona son səfəri əvvəlkilərdən tamamilə fərqli olub. ABŞ-yə səfər edən Zelenski əvvəlki sərt və özünəinamlı davranışlarından imtina edərək, daha çox mülayim və ehtiyatlı görüntü sərgiləyib. Zelenski bu dəfə qorxu və təcrid olunmaq hissi ilə hərəkət edib.

Bu barədə məşhur psixiatr və yazar Karol Liberman bildirib.

Liberman Zelenskinin davranış və bədən dili ilə bağlı maraqlı müşahidələrini bölüşüb.

Onun sözlərinə görə, Zelenski ilk səfərində Donald Trampa qarşı hörmətsiz davranaraq sanki bütün kartlar əlində imiş kimi hərəkət etmişdi. Lakin Trampın Putinlə Alyaskada uğurlu görüşündən sonra Zelenski Vaşinqtona daha təvazökar və nəzarətin onda olmadığını anlayaraq gəlib:

“Bu dəfə o, hər kəsin alışdığı hərbi geyimlərindən imtina edərək qara kostyum geyinib, daha rəsmi və itaətkar təsir bağışlayıb. Trampla görüşdə əl sıxması da daha soyuq və ölçülü olub. Oval ofisdə isə Zelenski gərginlik keçirib – əllərini birləşdirərək baş barmağını o birinə vurması onun narahatlığını göstərib”.

Libermanın sözlərinə görə, Zelenski bu dəfə Trampı razı salmaq üçün gülümsəyib, başı ilə təsdiqləyib və dəfələrlə ABŞ-nin sülh təşəbbüslərinə və silah dəstəyinə görə təşəkkür edib:

“Halbuki ilk görüşdə bunu etmək üçün Tramp onu təşviq etməli olmuşdu. Hətta Zelenski ABŞ-nin Birinci xanımına həyat yoldaşının məktubunu təqdim edib – bu da Melaniyanın Putinlə bağlı jestini təkrarlamağa çalışması kimi dəyərləndirilib. Bu görüşə fərqli bir Zelenski gəldi – artıq güc nümayiş etdirməyə çalışan deyil, əksinə, Trampı razı salmağa can atan. Onun əməkdaşlıq ruhu isə gücdən deyil, Avropa liderlərinin dəstəyi fonunda təcrid olunmaq qorxusundan qaynaqlanıb”.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 481 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 481 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 481 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 481 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 481 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 481 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 481 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 481 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 481 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 481 baxış
Seçilmişlər
icon