Zelenskiyə yaxın adamından gözlənilməz zərbə
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko istefa verib.
Bu barədə o, rəsmi “Telegram” səhifəsində paylaşım edib. K.Timoşenko paylaşımında Ukrayna Prezidenti Volodimir Zelenskiyə ona göstərdiyi etimada görə təşəkkür edib.
“Rayon hərbi idarələrinin hər bir rəhbərinə təşəkkür edirəm. Biz ölkənin ən güclü komandasını qura bildik. Siz əsl döyüşçüsünüz! Bu günə qədər bizə etibar etdikləri üçün bütün ukraynalılara təşəkkür edirəm”, - deyə Kirilo Timoşenko əlavə edib.
Qeyd edək ki, Volodimir Zelenski onun istefasını təsdiqləyib. Ukrayna Nazirlər Kabinetindəki mənbələr onun istefasını təsdiqləyərək qeyd ediblər ki, Timoşenkonun əvəzinə bu vəzifəyə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksey Kulebanın təyin olunması planlaşdırılır.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
