Zəlzələ bir ailəni məhv etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Hatay vilayətində baş verən dəhşətli zəlzələ bir ailədə 5 uşağın və ata-ananın ölümünə səbəb olub.
Xilasedicilər dağıntılar altında qalan Hüseyn və Merve Huyluoğlu cütlüyünün 6 uşağından yalnız birini xilas edə biliblər. Ailənin sağ qalan yeganə körpəsi beşəmlərdən biri olan Məhəmməd adlı oğlandır.
17 il əvvəl turizm agentliyinin əməkdaşı kimi işləmək üçün Səudiyyə Ərəbistanına gedən hataylı Hüseyn Huyluoğlu 2013-cü ildə Səudiyyə Ərəbistanında doğulub böyüyən trabzonlu Merve Özerlə evlənib. 2016-cı ildə ilk qızlarını qucağına alan Huyluoğlu ailəsinin 2020-ci ilin mart ayında 3-ü oğlan, 2-si isə qız olmaqla beşəmləri dünyaya gəlib.
Məlumata görə, koronavirus pandemiyası səbəbi ilə 2020-ci ilin iyul ayında böyük çətinliklərlə üzləşən ailə Türkiyəyə qayıdaraq Hatayda məskunlaşmışdı.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
