Pleyeri seçin:
Zəlzələ bu dəfə İzmiri silkələdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə yeraltı təkanlar davam edir.
Belə ki, bu dəfə Egey dənizində baş verən zəlzələ İzmirdə təşviş yaradıb. Ətraf rayonlarda da hiss edilən təkanlar zamanı sakinlər küçələrə axışıblar.
Ölkənin Fövqəladə Hallar Rəhbərliyindən verilən məlumatda yeraltı təkanların yerli vaxtla saat 21:22-də və 4,1 bal gücündə olduğu məlum olub. Hələ ki dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, baş verən son yeraltı təkanlardan biri isə daha bir dağıntıya səbəb olub. Belə ki, Malatyada qeydə alınan və qonşu bölgələrdə də hiss edilən 5,6 maqnitudalı zəlzələ zamanı 22 bina çöküb. Nəticədə bir nəfər ölüb, 110 nəfər yaralanıb.
Kopyalandı
#İzmir teqi istifadə olunub
