Pleyeri seçin:
Zəncirvari qəzalar baş verdi | Qar sürücülərin başına oyun açdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Samsun-Ankara avtomobil yolunda intensiv yağan qar görmə məsafəsini azaldaraq yolları həm də sürüşkən vəziyyətə salıb. Bu da zəncirvari qəzalara səbəb olub.
Havza bölgəsinin Karageçmiş yaşayış məntəqəsində baş verən qəzada 9 nəqliyyat vasitəsinin bir-birinə dəyməsi nəticəsində 4 nəfər yüngül xəsarət alıb.
Hadisə yerinə jandarm, təcili yardım və yanğınsöndürənlər çağırılıb.
Qəzadan sonra yolda təxminən 4 kilometrlik tıxac yaranıb.
Bundan başqa, eyni avtomobil yolunun digər hissəsində başqa bir zəncirvari qəza qeydə alınıb. Bu hadisədə isə 12 nəqliyyat vasitəsi iştirak edib, lakin tələfat yaşanmayıb.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
