Zərif barədə qalmaqallı məlumatlar yayıldı | Bu bəhanələr aradan qalxacaq...
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidentinin strateji məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Cavad Zərif İran məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ejeinin tövsiyəsi ilə istefa verib.
C.Zərif özü bu barədə “X” hesabında yazıb.
“İran məhkəmə hakimiyyətinin rəhbərinin dəvəti ilə görüşə getdim. Hökumətə təzyiqlərin qarşısını almaq üçün mənə universitetə qayıtmağı tövsiyə etdi. Mən də qəbul etdim. Ümid edirəm ki, vəzifəmdən uzaqlaşmaqla xalqın iradəsinə, Məsud Pezeşkian hökumətinin uğurlarına mane olmaq bəhanələri aradan qalxacaq”, – o bildirib.
Onun sözlərinə görə, heç vaxt çətinliklərdən qaçmayıb və 40 il ərzində sülh əldə edilməsindən tutmuş nüvə məsələsinin bitməsinə qədər, milli maraqların müdafiəsində oynadığı kiçik rola görə təhqir və böhtanlara dözüb.
Prezidentin strateji məsələlər üzrə müşaviri iki gün əvvəl istefa ərizəsi versə də, hələ dövlət başçısı tərəfindən qəbul olunmayıb. İran mediasında uzun müddətdir ki, C.Zərifin vəzifəsini qanunsuz tutduğu barədə məlumatlar müzakirə olunur. Buna səbəb kimi isə onun övladlarının ABŞ vətəndaşlığına sahib olması ehtimalı göstərilir.
Qeyd edək ki, İran məhkəmə hakimiyyətinin rəhbəri ölkə Konstitusiyasına görə, məhkəmə sistemində ən ali pillə hesab edilir. Ali Məhkəmənin və Baş prokurorun təyinatını da o həyata keçirir. İran məhkəmə hakimiyyətinin rəhbərini isə Ali Dini rəhbəri müəyyən edir.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
