Zvarnots hava limanında əcnəbini buna məcbur etdilər | Dəhşətli hadisə
İrəvanın Zvartnots hava limanında faciəvi hadisə baş verib.
Belə ki, 30 yaşlı Braziliya vətəndaşı Lukas Araujoliman erməni gömrük əməkdaşları ilə mübahisədən sonra vəfat edib.
Bu barədə ölkə mətbuatında məlumat verilib.
Bildirilib ki, Dövlət Gəlirləri Komitəsinin Gömrük Xidmətinin əməkdaşları Braziliyadan Ermənistana uçan sərnişinin əlində şüşə butulka görüb və orada nə olduğunu soruşublar. Braziliyalı turist “şərab” deyə cavab verdikdən sonra erməni gömrükçülər şüşənin içindəkiləri yoxlamaq əvəzinə onu butulkadakını içməyə məcbur ediblər.
Sərnişin tələbi yerinə yetirdikdən sonra halı qəfil pisləşib və bir neçə dəqiqədən sonra ölüb. Məlum olub ki, butulkada narkotik maddə olub.
Ermənistan Daxili İşlər Nazirliyi faktı təsdiqləyib və məsələ ilə bağlı cinayət işinin başlandığını bildirib.
#Ermənistan teqi istifadə olunub
- Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA
- Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib
- Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV
- Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV
- Dövlət ittihamçısının vəsatəti təmin olundu | Keçmiş prezidentlə bağlı yeni qərar - Baku TV CANLI
