11 il əvvəl törədilən cinayətin məhkəmə araşdırması yekunlaşıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 11 il əvvəl evinə oğurluğa getdiyi şəxsin qonşusunu bıçaqlayaraq onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən baxış iclasında istintaq materiallarına əlavə edilən sənədlər tədqiq olunduqdan sonra məhkəmə istintaqının yekunlaşdığı bildirilib.
Daha sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənin 11 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müdafiə çıxışları zamanı təqsirləndirilənin vəkili əlavə sübutlarını məhkəməyə təqdim etməsi üçün vaxt istəyib. Buna görə də gözlənilən hökm təxirə salınaraq növbəti proses iyunun 18-nə təyin edilib.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
- "Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV
