11 yaşlı Füruzənin faciəvi ölümü | Günahlandırılan həkim nələr danışdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuzun Yemişənli kəndində bədbəxt hadisə baş verib.
Kənd sakini, 11 yaşlı Füruzə Qədirovanın evlərinin yaxınlığındakı bağ sahəsində yelləncək hazırlamaq istəyərkən ipə dolanaraq öldüyü bildirilir.
Azyaşlının atası Nəbi Qədirov övladının ölümündə həkimləri günahlandırıb:
“Saytlarda yazırlar ki, balam intihar edib. Mənim övladım intihar etməyib. Evdən bir qədər aralıda, fındıq bağında qardaşı ilə birlikdə oynayırdılar. Mən gedəndə gördüm ki, artıq qızım yerdədir.
Həkimə yalvardım ki, balama iynə vurun, ürəyi zəif də olsa, döyünürdü, amma vurmadılar. Üzümə durdular ki, balam ölüb. Qızımı götürüb qayıdanda ayağı, qolları yığıldı, gözü açıldı. Nəfəs almaq istədi, ala bilmədi. Ondan sonra ağzından köpük gəlməyə başladı”.
#Oğuz teqi istifadə olunub
- Oğuzda ilk dəfə yerli etnik qrupların mədəniyyət festivalı keçirilib - Baku TV
- “Kimsə yiyəlik etsə...” | Oğuz stadionu görün nə halda qalıb - Baku TV
- Oğuzda anadangəlmə fiziki məhdudiyyətli qızın ailəsi kömək istəyir - Baku TV
- Oğuzda məhdudiyyətli qızın ailəsinin çarəsiz çağırışı - Baku TV CANLI
- Park, ya xarabalıq? | "Burada yaşamıram, qonağam" | 15 illik parkın acınacaqlı sonu - Baku TV
