150 min manatlıq mübahisə | "Restoranı tikmişik, pulumuzu ala bilmirik" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şikayətçi Qurban Alqayev iddia edir ki, Çingiz Məmmədov adlı şəxs ona qarşı dələduzluq edib.
Onun sözlərinə görə, 2024-cü il mayın 1-də Xaçmaz rayonu, Nərimanov küçəsində yerləşən şadlıq evinin tikinti və fasad işlərini həyata keçiriblər. Ümumi dəyəri 150 min manat olan işlərin tam icra olunmasına baxmayaraq, bu günədək ödənişin edilmədiyi bildirilir.
Qurban Alqayev qeyd edib ki, dəfələrlə qarşı tərəflə əlaqə saxlamağa çalışsalar da, nəticə əldə olunmayıb.
“Xaçmaz rayonunda 150 min manatlıq iş görmüşük, lakin pulu verməkdən boyun qaçırırlar. Bu şəxs Çingiz Məmmədovdur. Hazırda dəfələrlə zəng etsək də, telefonumuza cavab vermir. İşçilərə və material aldığımız yerlərə borcumuz qalıb, ödəniş edə bilmirik.
Çingiz Məmmədova məxsus şadlıq evinin tikinti işlərini görmüşük. Bununla bağlı rəsmi müqavilə bağlanıb. Biz işimizi yekunlaşdırsaq da, ödənişlə bağlı boyun qaçırır. Dəfələrlə yaxınlaşmışıq, lakin bildirir ki, pulu Laçına, Əsədə verib, gedib onlardan ala bilərik. Həmin şəxslər isə onun yaxınlarıdır”, – deyə Qurban Alqayev əlavə edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, adları çəkilən hər iki şəxsin Xaçmaz Rayon Polis Şöbəsinə etdikləri müraciətlər əsasında istintaq araşdırmalarına başlanılıb.
Hazırda iş üzrə bütün halların tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində tədbirlər davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və müvafiq qərar qəbul olunacaq.
#Dələduzluq teqi istifadə olunub
- “Həbsə girib-çıxır, olan mənə olur” | Dayıoğlu və bibioğlu arasında qalmaqallı hadisə - Baku TV
- Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT
- Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI
- Xalq artistinin kürəkəni hansı əməldə ittiham olunur? - Cinayət işinin təfərrüatları - Baku TV
- Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə hansı ittihamla həbs edildi? - Baku TV CANLI
