2 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə saatlarında paytaxtın Nizami rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Qəza metronun “Qara Qarayev” stansiyasının yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Tofaş” markalı minik avtomobilinin sürücüsü hərəkət üstünlüyü olan “Mercedes” markalı nəqliyyat vasitəsini gözləməyib.
Nəticədə yoluna davam edən “Tofaş” “Mercedes”ə çırpılıb.
Hadisə zamanı “Tofaş” markalı avtomobildə olan sərnişin, 1994-cü il təvəllüdlü Mehdiyev Asim Rasim oğlu xəsarət alıb.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
