2 qardaşın faciəvi sonundan danışıb fəryad etdilər | Qardaşını xilas etmək istədi, özü də...
Yeniliklərdən dərhal xəbərdar olun
Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində iki qardaş ‒ 26 yaşlı Orxan Abdıyev və 24 yaşlı Ramazan Abdıyev boğulub. Hər iki gəncin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qohumların sözlərinə görə, mərhum Orxan Abdıyevin payızda toyu olacaqmış.
“Böyük oğlumun Bakıda evi, hər şeyi hazır idi”, ‒ mərhumların atası İsrail Abdıyev söyləyib.
Gənclərin qohumları hadisəni belə şərh ediblər:
“Deyirlər ki, Ramazan suya düşüb. Orxan bir-iki dəfə çıxarmağa cəhd etsə də, kanalın kənarı sürüşkən olduğu üçün təzədən suya düşüblər və hər ikisi boğulub. Onlar hamıya can yandıran, qohum qədri bilən uşaqlar idi. Ailədə başqa uşaq olmadığına görə valideynləri üçün vəziyyət çox çətindir”.
#Tovuz teqi istifadə olunub
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI
- Tovuzda şübhəli ölüm: "Qapını bağlayıb, çimməyə girib" | Hadisənin əsl səbəbi nədir? - Baku TV
- Siniflər birləşdirildi, yüksək bal toplayan müəllim niyə kənarda qaldı? - Baku TV CANLI
