21 yaşlı gəncin ölümünə səbəb olan dəhşətli hadisə | Kənd sakini nələri danışdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini 2004-cü il təvəllüdlü Qafqaz Mənəfli idarə etdiyi “Mercedes” markalı avtomaşınla işlədiyi atoyuma məntəqəsindən evə qayıdarkən qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarında yerləşən cərəyan transfarmatoruna çırpılıb. Hadisə yerinə dərhal Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub.
Qəza zamanı sürücü ağır bədən xəsarəti alıb və dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardım əməkdaşlarının səylərinə baxmayaraq, sürücü yolda dünyasını dəyişib.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
