Pleyeri seçin:

22 il əvvəl baş verən qandonduran cinayətin təfərrüatı | Hər şey ortaya çıxdı

13 avqust 2025 495 baxış

22 il əvvəl Bakıda azyaşlıya qarşı zorakılıq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Quliyev və Alidə Qadaşovanın cinayət işinin ilk məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi vəsatətlə çıxış edərək prosesin qapalı keçirilməsini istəyib. Yerində müşavirə keçirən hakimlər vəsatətin əsassız olduğunu bildirərək onu təmin etməyib. Daha sonra dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktını elan edib.

İttihama görə, Alidə Qadaşova İsmayıl Quliyevin bacısı ilə birlikdə işləyib. Onlar 2002-ci ildə görüşərək İsmayıl Alidəyə görə bacısının ailəsində problem yarandığını və ondan qisas alacağını bildirib. Bundan bir müddət sonra Alidənin evindən onun 12 yaşlı qızının meyiti aşkar olunub.

Hakim elan olunmuş ittihama görə, təqsirləndirilənlərin təqsirinin sübuta yetiriləcəyi təqdirdə 15 ildən 20 ilədək azadlıqdan məhrum edilə biləcəklərini xatırladıb. Lakin İsmayıl Quliyev və Alidə Qadaşova özlərini təqsirli bilməyiblər.

İsmayıl Quliyev məhkəmənin hazırkı mərhələsində ifadə verməkdən imtina etsə də, Alidə Qadaşova sərbəst ifadəsi zamanı vurğulayıb ki, hadisə vaxtı o işdə olub. Həmin ərəfələrdə həyətlərində dəfələrlə naməlum şəxsləri gördüyünü deyib. O, buna əhəmiyyət verməyib.

Alidə Qadaşovanın ifadəsinə görə, hadisə baş verən gün azyaşlı qızı evdə tək olub. Ana bildirib ki, işdən evə gələrkən qızının yarıçılpaq vəziyyətdə olan meyitini evdə aşkar edib. O, bu məsələnin İsmayıl Quliyevlə ümumiyyətlə heç bir əlaqəsinin olmadığını, onu usta kimi tanıdığını bildirib.

Növbəti proses sentyabrın 9-na təyin edilib.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 495 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 495 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 495 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 495 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 495 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 495 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 495 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 495 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 495 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 495 baxış
Seçilmişlər
icon