32 nəfəri xəstəxanalıq edən səbəb | Kürdəmirdə kütləvi zəhərlənmə
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə rayonun Cəyli kəndində qeydə alınıb.
Belə ki, evdə yemək yedikdən sonra kənd sakinlərinin halı qəfildən pisləşib. 8 nəfər qidadan zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə agentliyin Mərkəzi Aran regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar aparılır:
“İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanan və ya düzgün saxlanılmayan müxtəlif qidalardan baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, iyulun 20-də axşam saatlarında rayonda yerləşən istirahət mərkəzlərindən birində də 24 nəfərin zəhərlənməsi ilə nəticələnən analoji hadisə vaş verib.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
