Pleyeri seçin:
33 yaşlı kişi niyə qətlə yetirildi? - Abşeronda qandonduran hadisə - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda 33 yaşlı kişi qətlə yetirilib.
Hadisə Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış massivi ərazisində qeydə alınıb.
Belə ki, 33 yaşlı Sahil Nuriyevin 18 yaşlı Hüseyn Vəliyevlə mübahisəsi yaranıb. Mübahisə nəticəsində Hüseyn Vəliyevin Sahil Nuriyevə bıçaqla xəsarət yetirdiyi bildirilir.
TƏBİB-dən qeyd olunub ki, 1993-cü il təvəllüdlü kişi avqustun 12-də saat 22:00 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə daxil olub. Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Masazır teqi istifadə olunub
- Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT
- Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI
- “Bizi dişləsələr, kim cavab verəcək?!” | Masazırda zülmət | “2 ildir qoyulub, hələ görməmişik ki...”
- Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV
- "Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər
