Pleyeri seçin:

“5 qadın hücum çəkdi, kişilər də...” | Kirayəçi və ev sahibi arasında görünməmiş qalmaqal - Baku TV

16 oktyabr 2026 1 baxış

Suraxanıda ev sahibi ilə kirayəçi arasında mübahisə yaşanıb.

Kifayət Çobanovanın sözlərinə görə, o, 2016-cı ildə müqavilə əsasında kirayə tutduğu evin sahibi ilə sonradan şifahi razılığa gəlib. Razılaşmaya əsasən, qadın hissə-hissə 25 min manat ödəməklə evi almağı planlaşdırıb. O, bu məbləğin 15-16 min manatını ödədiyini və ödənişlərin bank kartında qeydə alındığını iddia edir.

Kifayət Çobanova bildirib ki, 2022-ci ildə baş verən yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. Onun sözlərinə görə, evi öz vəsaiti hesabına yenidən tikdirib və bu müddət ərzində kommunal xərcləri də özü ödəyib.

Qadın iddia edir ki, ev sahibi qohumları ilə birlikdə evə gələrək ondan evi boşaltmağı tələb edib, pəncərələri sındırıb və əşyalarını dağıdıb.

“Beş qadın mənə hücum çəkdi. Qışqırdım ki, içəridə körpə uşaq yatır. Amma məni dinləmədilər. Pəncərəni sındırıb evə girdilər. Evdə nə var idisə, hamısını dağıtmağa başladılar”, – deyə Kifayət Çobanova bildirib.

O, məsələni məhkəmə yolu ilə həll etməyə hazır olduğunu vurğulayıb.

Qanunvericiliyə əsasən, müvafiq sənədləri olmayan tikililər özbaşına tikili hesab olunur və tərəflər həmin əmlak üzərində mülkiyyət hüququna sahib ola bilməzlər.

Vəkil Elvin Məhərrəmovun sözlərinə görə, tikilinin sənədləri qaydasındadırsa, onun sahibi qanunla müəyyən edilmiş hüquqlara malik olur. Belə tikilini sökərək yerində başqa tikili inşa edən şəxs əvvəlki sahib qarşısında məsuliyyət daşıyır. Tərəflər mülkiyyət və digər hüquqları ilə bağlı mübahisələri məhkəmə qaydasında həll edə bilərlər.

Kopyalandı
Banner
"Boynu üstə yıxılıb, kömək də etməyiblər" | Bağçada dəhşət - "Məndən 5 min tələb etdi” - Baku TV

"Boynu üstə yıxılıb, kömək də etməyiblər" | Bağçada dəhşət - "Məndən 5 min tələb etdi” - Baku TV

Hadisə
16 oktyabr 2026 1 baxış
Sumqayıtdakı bağçada qorxulu hadisə yaşandı - Baku TV CANLI

Sumqayıtdakı bağçada qorxulu hadisə yaşandı - Baku TV CANLI

Hadisə
16 oktyabr 2026 1 baxış
Ailə qurmağa hazırlaşırdı, amma... | 20 yaşlı Rəşadın yarım qalan arzuları - Baku TV

Ailə qurmağa hazırlaşırdı, amma... | 20 yaşlı Rəşadın yarım qalan arzuları - Baku TV

Hadisə
15 oktyabr 2026 1 baxış
“Gözlənilməz bir şey oldu” | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc vəfat etdi - Baku TV

“Gözlənilməz bir şey oldu” | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc vəfat etdi - Baku TV

Hadisə
15 oktyabr 2026 1 baxış
Atasının qətlində təqsirli bilinən Ayxan Vəlizadə barədə hansı qərar verildi? - Baku TV

Atasının qətlində təqsirli bilinən Ayxan Vəlizadə barədə hansı qərar verildi? - Baku TV

Hadisə
15 oktyabr 2026 1 baxış
Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat etdi - Baku TV

Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat etdi - Baku TV

Hadisə
14 oktyabr 2026 1 baxış
Dərmanların keyfiyyətinə kim nəzarət edir? - Sumqayıtdakı hadisənin səbəbi - Baku TV

Dərmanların keyfiyyətinə kim nəzarət edir? - Sumqayıtdakı hadisənin səbəbi - Baku TV

Hadisə
14 oktyabr 2026 1 baxış
Məhkəmədən plastik cərrah Türkan Gündüzü qətlə yetirən əri barədə qərar - Baku TV

Məhkəmədən plastik cərrah Türkan Gündüzü qətlə yetirən əri barədə qərar - Baku TV

Hadisə
14 oktyabr 2026 1 baxış
Təqsirləndirilən şəxslərin xarici rəsmilərin güdülməsinə cəlb olunduğu bildirilib - Baku TV

Təqsirləndirilən şəxslərin xarici rəsmilərin güdülməsinə cəlb olunduğu bildirilib - Baku TV

Hadisə
14 oktyabr 2026 1 baxış
Müəllimin qətlindən yeni təfərrüat | Ailə münaqişəsi necə qanlı cinayətə çevrildi? - Baku TV

Müəllimin qətlindən yeni təfərrüat | Ailə münaqişəsi necə qanlı cinayətə çevrildi? - Baku TV

Hadisə
14 oktyabr 2026 1 baxış
Seçilmişlər
icon