Hadisə
Pleyeri seçin:

Ad günü dəhşətli qətllə bitdi | Bakıdakı cinayətin bütün detalları

19 iyul 2024

“2023-cü il martın 9-da 1996-cı il təvəllüdlü Elbrus Orucov bıçaqlanaraq qətlə yetirilib. Hadisə Müşfiqabad qəsəbəsində, 7-ci və 10-cu binaların arasındakı yolda baş verib.

Martın 10-da Ağdam rayon sakini Mehman Məmmədov könüllü polisə gələrək, təslim olub. Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Elbrus Orucovun ölümünə ürəyinin zədələnməsi nəticəsində baş vermiş daxili qanaxma səbəb olub.

İstintaqla müəyyən edilib ki, martın 9-da Müşfiqabad qəsəbəsindəki kafedə keçirilən ad günü məclisi qurtarandan sonra Mehman Məmmədov tanışları – Elbrus Orucov, Nicat Baxışov, Samir İbişov və Sadiq Cavadovla birlikdə oradan çıxıb, yaşadıqları binaların qarşısına gəliblər. Hamı avtomobilindən çıxsa da, Elbrus Orucov düşməyərək, ona sözü olduğunu bildirib. Elbrus Mehmana 2 gün əvvəl ortaq tanışlarının narkotik vasitə istifadə edib-etməmələri ilə bağlı polis əməkdaşları tərəfindən sahə məntəqəsinə aparılıb, sorğu-sual edildiklərini və onun adının qəsəbədə “polislərin xəbərçisi” kimi hallandırıldığını deyib. Mehman Elbrusun sözlərinə etirazını bildirərək buna aydınlıq gətirməsini tələb edib. Avtomobildən düşüb mübahisələrini davam etdirərkən Mehman Məmmədov, Elbrus Orucovun çiyin, boyun və sinə nahiyyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürüb.

Məhkəmə iclasında Mehman Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

İsmayıllıda əməliyyat keçirildi | DİN-dən təcili məlumat

İsmayıllıda əməliyyat keçirildi | DİN-dən təcili məlumat

Hadisə
19 iyul 2024
Abşeronda bədbəxt hadisə | Dostunun avtomobili ilə qəza törətdi

Abşeronda bədbəxt hadisə | Dostunun avtomobili ilə qəza törətdi

Hadisə
19 iyul 2024
İdarəetmədən çıxan "Toyota" yol kənarına aşdı

İdarəetmədən çıxan "Toyota" yol kənarına aşdı

Hadisə
19 iyul 2024
Günlərdir itkin düşən kişinin meyiti tapıldı | Lənkəran

Günlərdir itkin düşən kişinin meyiti tapıldı | Lənkəran

Hadisə
19 iyul 2024
Ucarda 2-ci Qarabağ müharibəsi qazisi ağır xəstəlikdən vəfat edib

Ucarda 2-ci Qarabağ müharibəsi qazisi ağır xəstəlikdən vəfat edib

Hadisə
19 iyul 2024
Tanınmış "haker" saxlanıldı | DİN-dən əməliyyat

Tanınmış "haker" saxlanıldı | DİN-dən əməliyyat

Hadisə
19 iyul 2024
Direktor tapşırırdı ki... | Novxanıdakı reabilitasiya mərkəzində nə baş verir?

Direktor tapşırırdı ki... | Novxanıdakı reabilitasiya mərkəzində nə baş verir?

Hadisə
18 iyul 2024
Bakıda gənc oğlanı qətlə yetirən şəxs hakim qarşısında | Məhkəmədən görüntülər

Bakıda gənc oğlanı qətlə yetirən şəxs hakim qarşısında | Məhkəmədən görüntülər

Hadisə
18 iyul 2024
Gəncədə ailə faciəsi | Həkimdən körpə ilə bağlı vacib açıqlama

Gəncədə ailə faciəsi | Həkimdən körpə ilə bağlı vacib açıqlama

Hadisə
18 iyul 2024
Qaçaqmalçıların planı pozuldu | DSX və DİN-dən birgə əməliyyat

Qaçaqmalçıların planı pozuldu | DSX və DİN-dən birgə əməliyyat

Hadisə
18 iyul 2024
Seçilmişlər
icon