Pleyeri seçin:
Ağdamda mina partladı | DİN-dən təcili məlumat
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 12-si Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina partlayışı baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, 59 yaşlı Bağırov Mirfəttah Bağır oğlu və 51 yaşlı Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hər iki şəxs ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.
Kopyalandı
#Ağdam rayonu teqi istifadə olunub
- Ata yurdunu ziyarət edərkən minaya düşdü | Ağdamda bədbəxt hadisə - Baku TV
- Ağdamda qorxulu partlayış | 3 qurum təcili məlumat yaydı
- Ağdamın Qiyaslı məscidinin bərpadan sonrakı vəziyyəti | Elvin Aslanovdan açıqlama
- Daha 40 ailə Kəngərli kəndinə yola salındı | Ağdam həsrəti bitən sakinlər danışdı
- Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı
