Ağdaşda ailə faciəsi | Həşərat dərmanı içən qadın həyatına son qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaşda həşərat dərmanı içən qadın həyatını itirib. Hadisə rayonun Orta Qəsil kəndində baş verib.
33 yaşlı kənd sakini Sona Cəmilova öz anasının və həyat yoldaşının gözü qarşısında həşəratları məhv etmək üçün nəzərdə tutulan dərmanı içərək canına qəsd edib.
Yaxınları onu dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun anası Gülçöhrə Dadaşova hadisənin təfərrüatı barədə Baku TV-yə danışıb.
“Baldızını xəstəxanadan çıxarmağa gedəcəkdilər. Ona zəng gələndə dedi ki, Mələklə gələcəyəm. Daha sonra qızının paltarını geyindirib oturdu. Həyat yoldaşı ona “təkcə Mələyi aparacağam” deyəndə qızım zirzəmiyə gedib, oradan əlində stəkanla qayıtdı. Stəkandakı dərmanı içib dedi ki, ana, mən öldüm”, – deyə o söyləyib.
#Ağdaş teqi istifadə olunub
- Ağdaşda kənd təsərrüfatı məhsullarının satışı təşkil olunub - Baku TV
- Ağdaşda bir ailəni evsiz qoyan dəhşətli yanğın - Baku TV CANLI
- Ağdaşda fərdi yaşayış evində baş verən yanğında ana və iki uşağı xəsarət aldı - Baku TV
- Tələbə yoldaşının toyuna gedən İlkin niyə qətlə yetirildi? - Baku TV CANLI
- Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV
