Pleyeri seçin:

Ağdaşda oğurluq edən və narkotik satanlar tutuldu

13 aprel 2023 229 baxış

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 14 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən və oğurluq cinayəti törətməkdə şübhəli bilinən ümumilikdə 16 nəfər tutularaq istintaqa təqdim edilib.

Daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı narkotiklərin satışını həyata keçirən Salyan rayon sakini Rafiq Rüstəmov və Ağdaş şəhər sakini Kəmalə Mustafayeva saxlanılıb.

Hər iki şəxsin üzərinə baxış zamanı satış məqsədilə gəzdirilən heroin və psixotrop tərkibli həblər aşkar edilərək götürülüb. Məlum olub ki, onlar həmin narkotik vasitəni satmaq məqsədilə sosial şəbəkədə tanış olduqları “Rasim” adlı İran vətəndaşından 300 manata alıblar.

Rayon polisinin keçirdiyi digər əməliyyat nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər məsuliyyətə cəlb edilib. Onlardan da müxtəlif növ narkotik vasitələr götürülüb.

Bundan başqa, aprelin 9-da rayonun Zeynəddin kəndində ümumi dəyəri 1000 manatdan artıq olan qaynaq aparatının, təmir-tikinti alətlərinin, elektrik naqillərinin və digər avadanlıqların oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində istixanadan oğurluq etməkdə şübhəli bilinən şəxsin Allahverdi Söyünalıyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, o, oğurladığı əşyaların bir qismini satıb, qalanlarını isə yaşadığı ünvanda gizlədib. Həmin əşyalar maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Kopyalandı
Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 229 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 229 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 229 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 229 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 229 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 229 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 229 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 229 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 229 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 229 baxış
Seçilmişlər
icon