Ağdərədə dəhşətli mina partlayışı | Yaralanan 46 yaşlı kişinin vəziyyəti barədə açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdərədə 46 yaşlı kişi minaya düşüb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, partlayış Ağdərənin Həsənqaya kəndi ərazisində baş verib. 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra yaralı Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Xəstənin sol ayağının topuq nahiyəsi amputasiya olunub.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.
#Ağdərə teqi istifadə olunub
- "Aztelekom" Ağdərədə rabitə infrastrukturunun qurulmasını davam etdirir - Baku TV
- 13 ölkədən gələn 40 səyyah Gəncəsər monastırını ziyarət edib - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
- Tarixi gün yenidən xatırlanır | Suqovuşan və Talışın azadlığından 6 il keçir - Baku TV
- Keçmiş məcburi köçkünlər doğma yurda geri dönüb | Ağdərədən bağlantı - Baku TV
