Pleyeri seçin:
Ağdərədə mina partladı | ANAMA vətəndaşlara çağırış etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 16-da işğaldan azad edilən Ağdərə rayonunda mina hadisəsi baş verib.
Hadisə rayonun Sırxavənd kəndi ərazisində qeydə alınıb.
35 yaşlı Bərdə sakini Natiq Əliyev minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.
Yaralı Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.
Kopyalandı
#Ağdərə teqi istifadə olunub
- "Aztelekom" Ağdərədə rabitə infrastrukturunun qurulmasını davam etdirir - Baku TV
- 13 ölkədən gələn 40 səyyah Gəncəsər monastırını ziyarət edib - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
- Tarixi gün yenidən xatırlanır | Suqovuşan və Talışın azadlığından 6 il keçir - Baku TV
- Keçmiş məcburi köçkünlər doğma yurda geri dönüb | Ağdərədən bağlantı - Baku TV
