Pleyeri seçin:
Ağdərədə mina partlayışı baş verdi | Xəsarətalanın son vəziyyəti açıqlandı - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar.
Qeyd olunub ki, 55 yaşlı kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. O, rayon xəstəxanasına təxliyə edilib, vəziyyəti ağırdır.
TƏBİB-dən verilən açıqlamaya görə, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin vəziyyəti ağırdır.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Kopyalandı
#Ağdərə teqi istifadə olunub
- "Aztelekom" Ağdərədə rabitə infrastrukturunun qurulmasını davam etdirir - Baku TV
- 13 ölkədən gələn 40 səyyah Gəncəsər monastırını ziyarət edib - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
- Tarixi gün yenidən xatırlanır | Suqovuşan və Talışın azadlığından 6 il keçir - Baku TV
- Keçmiş məcburi köçkünlər doğma yurda geri dönüb | Ağdərədən bağlantı - Baku TV
