Pleyeri seçin:

Ağlasığmaz dələduzluq | "Xaricdə iş" adı ilə 130 nəfəri aldadanların əməlləri ifşa olundu - Baku TV

04 fevral 2026 569 baxış

Bakıda fəaliyyət göstərən "Recent Group" MMC və "Area Alfa Group" MMC-nin rəhbərləri Sevinc Aslanova və Kamil Curayevin cinayət işinin məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin ifadələri dinlənilib.

Təqsirləndirilənlər tərəfindən aldadıldığını deyən zərərçəkənlər bildiriblər ki, "Avropada iş" elanını sosial şəbəkələrdə görüblər. Daha sonra paylaşımda qeyd olunan ünvana yaxınlaşaraq ilkin ödəniş ödəyib və müvafiq müqavilə imzalayıblar.

İlkin olaraq müəyyən sənədləşmə prosesi aparıldıqdan sonra onlara Şengen ölkələrindən işçi dəvətnaməsinin gəlməsinə söz verilsə də, buna əməl olunmayıb və ödənilən pullar mənimsənilib.

İstintaqla müəyyən edilib ki, "Recent Group" MMC-nin direktoru Sevinc Aslanova və "Area Alfa Group" MMC-nin direktoru Kamil Curayevin ayrı-ayrı şəxslərdən müxtəlif Avropa ölkələrində işə düzəlmələri, həmçinin iş vizasının alınmasına kömək edəcəklərini vəd edərək dələduzluq yolu ilə aldıqları pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etmələri və etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını təkrarən ələ keçirmələri ilə bağlı kifayət qədər dəlillər toplanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Sevinc Aslanova Kamil Curayev ilə qabaqcadan əlbir olaraq qrup halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 130 nəfərin 161 550 manatını mənimsəyib.

Hər iki şəxslə bağlı toplanmış materiallar üzrə ittiham elan edilib, barələrində həbs və polisin nəzarəti altında qətimkan tədbiri seçilib.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 569 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 569 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 569 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 569 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 569 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 569 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 569 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 569 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 569 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 569 baxış
Seçilmişlər
icon