Pleyeri seçin:

Ağlasığmaz plan | Qadınların fotolarını təhqiramiz görüntüyə çevirənlər ifşa edildi - Baku TV

16 iyul 2026 332 baxış

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə naməlum şəxslərin qadınların sosial şəbəkələrdəki fotolarını süni intellekt proqramlarından istifadə edərək üzərinə nalayiq ifadələr yazdıqları, həmin görüntüləri müxtəlif sosial media platformalarında yaydıqları və bu görüntülərin silinməsi müqabilində zərərçəkənlərdən pul tələb etdikləri barədə məlumatlar daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıblar:

“Araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, həmin şəxslər “TikTok”, “Instagram” və “Telegram” sosial şəbəkələrindən qadınlara məxsus fotoları süni intellekt proqramları vasitəsilə montaj edib üzərinə təhqiramiz məzmunlu informasiyalar əlavə ediblər.

Daha sonra saxta hesablar vasitəsilə bu görüntüləri sosial şəbəkələrdə yayımlayıb silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul tələb ediblər. Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb, hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşılan foto və videogörüntülər müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və qanunsuz məqsədlərlə istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara şəxsi foto və videolarını tanımadıqları şəxslərlə paylaşmamaq, şübhəli mesaj və təkliflərə etibar etməmək tövsiyə olunur”. 

Banner
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 332 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 332 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 332 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 332 baxış
Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Hadisə
03 noyabr 2026 332 baxış
Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Hadisə
02 noyabr 2026 332 baxış
"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

Hadisə
02 noyabr 2026 332 baxış
Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Hadisə
02 noyabr 2026 332 baxış
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Hadisə
01 noyabr 2026 332 baxış
"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

Hadisə
01 noyabr 2026 332 baxış
Seçilmişlər
icon