Pleyeri seçin:
Ailənin 3 üzvü ağır qəzaya düşdü | Naxçıvanda dəhşətli hadisə
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanın Ordubad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Düylün kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Bağırov Mehdi Ramazan oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil yoldan çıxaraq Düylün çayının məcrasına aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan bir ailənin 3 üzvü – 1965-ci il təvəllüdlü Salmanov Cəlil Salman oğlu, 1966-cı il təvəllüdlü Salmanova Mailə Alı qızı və 1992-ci il təvəllüdlü Salmanov Toğrul Cəlil oğlu xəsarət alıblar.
Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Ordubad teqi istifadə olunub
- "Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV
- Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV
- Oğlunun ölüm xəbərinə dözməyən ana rəhmətə getdi | Naxçıvanda faciə - Baku TV CANLI
- Oğlunun ölüm xəbərinə ana ürəyi tab gətirmədi | Naxçıvanda faciəvi hadisə - Baku TV
- Ordubadda Novruz bayramı belə qeyd edilir - Baku TV
