Ana və övladından xəbər alınmırdı, ortaya çıxdı ki… | Gəncədə qorxulu hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 6-sı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Nəriman Nərimanov küçəsindəki beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı mənzildə olan vətəndaşların giriş qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə cavab vermədiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən operativ qaydada xüsusi vasitələrin köməyi ilə mənzilin giriş qapısı açılıb. İlkin ehtimala görə, dəm qazı səbəbindən huşsuz vəziyyətdə tapılan 35 yaşlı qadın və 14 yaşlı övladına yardım göstərilib. Daha sonra onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.
#Gəncə teqi istifadə olunub
- Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
