Aramsız yağan yağış Ağstafada fəsadlara səbəb oldu - Baku TV
Normadan artıq yağan yağış Ağstafa rayonunda fəsadlara səbəb olub.
Ağstafa çayında suyun həcmi artıb, sel sularının gəlməsi nəticəsində su ötürücü borular sıradan çıxıb və 7 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Kəndlərin ümumilikdə 6 minə yaxın sakini rayona getmək ücün 2 alternativ yoldan istifadə etmək məcburiyyətində qalıb.
Məsələ ilə bağlı Ağstafa Rayon Fövqəladə Hallar Komisiyasından bildirilib ki, bir neçə gündür yağan aramsız yağışlar nəticəsində Ağstafaçay, eləcə də Coğazçay və Həsənsu çaylarında suyun həcmi artaraq selə çevrilib. Ciddi fəsadlar olmasa da, Ağstafaçayın sol sahilində yerləşən 7 kəndi rayonla birləşdirən beton boru körpülər selin təsirindən sıradan çıxıb, yolun giriş-çıxışı çınqılla bağlanıb, giriş məhdudlaşdırılıb. Sel suları kəsildikdən sonra ərazidəki yol bərpa olunacaq.
#Ağstafa teqi istifadə olunub
- Ağstafada video çəkən yeniyetmə xəstəxanalıq oldu - Baku TV CANLI
- “TikTok” üçün video çəkən yeniyetməni “tok” vurdu | Ağstafada bədbəxt hadisə - Baku TV
- Dəmir yolunda bədbəxt hadisə | Vaqona çıxan 15 yaşlı yeniyetməni cərəyan vurub - Baku TV CANLI
- Qazaxda ailə faciəsi | Ata və qızı göldə faciəvi şəkildə həyatlarını itirdi - Baku TV
- Ağstafada münaqişə bıçaqlanma ilə yekunlaşdı | 21 yaşlı oğlan xəstəxanalıq oldu - Baku TV
