Pleyeri seçin:

Arvadı və bacısını çağırdı ki... | "Motodrom"da İzmiri öldürən şəxsin sonu necə oldu?

16 sentyabr 2025 216 baxış

2023-cü il noyabrın 13-də “Motodrom” yaşayış massivində Gəncə şəhər sakini 24 yaşlı İzmir Savadov bıçaqlanıb. O, Kliniki Tibbi Mərkəzə aparılarkən yolda ölüb. Cinayəti törədən şəxs həmin gün polis əməkdaşları tərəfindən Nizami rayonu ərazisində saxlanılıb.

İstintaqla müəyyən edilib ki, noyabrın 12-si saat 22 radələrində Həsənağa Əliyev qəbul etdiyi narkotik vasitənin təsiri altında idarə etdiyi “Azsamand” markalı avtomobillə “Motodrom” massivinə gələrkən, yaşadığı evin qarşısında “Toyota Prius” maşınının dayandığını görüb və içərisində əyləşən 3 nəfər tərəfindən izlənilməsini ehtimal edib. Həmin avtomobildən düşən İzmir Savadovun bir az irəliyə getdiyini və yolun kənarında dayanaraq, mobil telefonuna baxmasını görüb.

Bu hal onda şübhə yaradıb, həyat yoldaşına zəng edərək, qapıda naməlum maşının dayandığını və çölə çıxmasını deyib. Yoldaşı küçəyə çıxıb və avtomobilin ön sağ oturacağında oturub. Bacısı Ramilə Əliyevaya da zəng edərək həmin şəxslərin onu izlədiklərini deyib.

Tanımadığı şəxslərin onun yaşadığı məhəllədə dayanmalarını özünə qarşı təhqir hesab edən Həsənağa Əliyev yaxınlaşıb, onunla mübahisə etməyə başlayıb. Heç bir əsaslı səbəb olmadan, Əliyev avtomobildən çıxan zaman arxa sağ cibinə qoyduğu bıçağı çıxararaq Savadovun ürək nahiyəsinə zərbə endirib. Bu hərəkəti ilə o, zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Həsənağa Əliyev bildirib ki, İzmir Savadovla mübahisə zamanı avtomobildən onunla yanaşı, arvadı, digər maşında olan bacısı da çıxıb. İzmirin qadınları göstərib, “söhbətə bunlarla gəlmisən?” sualını şəxsiyyətinə təhqir kimi qəbul edib. Bıçağı çıxarıb, İzmirin ürək nahiyəsinə bir zərbə vurub.

Prokuror təqsirləndirilən şəxsə 19 il cəza təyin edilməsini istəyib. Həsənağa Əliyev əməlindən peşman olduğunu və mərhumun ailəsindən üzr istədiyini bildirib.

Məhkəmə qənaətə gəlib ki, Həsənağa Əliyevin məhkəmə iclasında verdiyi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq və özünümüdafiə xarakteri daşıyır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsənağa Əliyev 17 il müddətinə azadlıqdan məhrum olunub.

"Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV

"Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV

Hadisə
14 dekabr 2025 216 baxış
Bakıda irigövdəli ağac maşının üzərinə aşdı | Xəsarətalan var - Baku TV

Bakıda irigövdəli ağac maşının üzərinə aşdı | Xəsarətalan var - Baku TV

Hadisə
13 dekabr 2025 216 baxış
Quldurluqda şübhəli bilinən 55 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Quldurluqda şübhəli bilinən 55 yaşlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Hadisə
13 dekabr 2025 216 baxış
İnanılmaz hadisə | Həkim ürəyi dayanan qadını 45 dəqiqə sonra həyata qaytardı - Baku TV

İnanılmaz hadisə | Həkim ürəyi dayanan qadını 45 dəqiqə sonra həyata qaytardı - Baku TV

Hadisə
13 dekabr 2025 216 baxış
Hava limanında film kimi əməliyyat |  DGK-dan təcili məlumat - Baku TV

Hava limanında film kimi əməliyyat | DGK-dan təcili məlumat - Baku TV

Hadisə
13 dekabr 2025 216 baxış
Ramanada evə gec gələn oğul qətl törətdi | Cinayətkar polis tərəfindən saxlanıldı - Baku TV

Ramanada evə gec gələn oğul qətl törətdi | Cinayətkar polis tərəfindən saxlanıldı - Baku TV

Hadisə
13 dekabr 2025 216 baxış
Naxçıvanda dəm qazından zəhərlənən qadınlar xəstəxanaya yerləşdirildi - Baku TV

Naxçıvanda dəm qazından zəhərlənən qadınlar xəstəxanaya yerləşdirildi - Baku TV

Hadisə
13 dekabr 2025 216 baxış
“Partlayış oldu, evlərə...” | Sakinlər Yasamaldakı hadisədən nə danışdı? - Baku TV

“Partlayış oldu, evlərə...” | Sakinlər Yasamaldakı hadisədən nə danışdı? - Baku TV

Hadisə
13 dekabr 2025 216 baxış
Tanınmış təhsil eksperti hakim qarşısında | Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Tanınmış təhsil eksperti hakim qarşısında | Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Hadisə
12 dekabr 2025 216 baxış
Sabiq icra başçısının oğlu Babəli Babayevin məhkəməsi keçirildi | Hakim nə qərar verdi? - Baku TV

Sabiq icra başçısının oğlu Babəli Babayevin məhkəməsi keçirildi | Hakim nə qərar verdi? - Baku TV

Hadisə
12 dekabr 2025 216 baxış
Seçilmişlər
icon