Pleyeri seçin:

Arvadını qətlə yetirən şəxs məhkəmədə | Dəhşətli cinayətin detalları

23 may 2024 559 baxış

Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Zaman Zeynalovun cinayət işi üzrə ilk məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror Elvin Mirzəyev təqsirləndirilən şəxsə ittiham aktını elan edib. Zaman Zeynalov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilib.

O, məhkəmədə ifadə verərkən bildirib ki, həyat yoldaşı Pərvanə Zeynalovanı Qobustan qəsəbəsində bıçaqla qətlə yetirib. Səbəb isə hər dəfə aralarında yaranan mübahisə zamanı həyat yoldaşının mütəmadi polisə şikayət etməsi və onun ünvanına təhqiramiz ifadələr işlətməsi olub. Sonuncu mübahisə zamanı isə həyat yoldaşının ona “sən nə kişisən?” ifadəsini işlətməsi Zaman Zeynalovu özündən çıxarıb.

Qeyd edək ki, Zaman Zeynalov əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iki dəfə məhkum olunub. Ər-arvad arasında son vaxtlar yaranan mübahisələrin əsas səbəbi isə onların yenicə nişanı qayıtmış qızları ilə bağlı söz-söhbətlər olub. Zaman Zeynalov qızının nişanı qayıtmasına görə Pərvanə Zeynalovanı günahlandırıb.

Beləliklə, 1970-ci il təvəllüdlü Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı 50 yaşlı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Zaman Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.1 – qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

FHN-dən Binəqədidəki güclü yanğınla bağlı açıqlama - Baku TV

FHN-dən Binəqədidəki güclü yanğınla bağlı açıqlama - Baku TV

Hadisə
27 iyul 2026 559 baxış
Oğlunun ölüm xəbərinə ana ürəyi tab gətirmədi | Naxçıvanda faciəvi hadisə - Baku TV

Oğlunun ölüm xəbərinə ana ürəyi tab gətirmədi | Naxçıvanda faciəvi hadisə - Baku TV

Hadisə
27 iyul 2026 559 baxış
Nizami rayonunda güclü külək sakinlərə təşviş yaşatdı | Əməkdaşımız hadisə yerində - Baku TV

Nizami rayonunda güclü külək sakinlərə təşviş yaşatdı | Əməkdaşımız hadisə yerində - Baku TV

Hadisə
27 iyul 2026 559 baxış
Binəqədidə obyekt yanır | Güclü külək FHN əməkdaşlarının işini çətinləşdirir - Baku TV

Binəqədidə obyekt yanır | Güclü külək FHN əməkdaşlarının işini çətinləşdirir - Baku TV

Hadisə
27 iyul 2026 559 baxış
Binəqədidə güclü yanğın | Əməkdaşımız hadisə yerindən son məlumatları çatdırdı - Baku TV

Binəqədidə güclü yanğın | Əməkdaşımız hadisə yerindən son məlumatları çatdırdı - Baku TV

Hadisə
27 iyul 2026 559 baxış
Görədildə torpaq sürüşdü, evlər qəzalı vəziyyətə düşdü - Baku TV

Görədildə torpaq sürüşdü, evlər qəzalı vəziyyətə düşdü - Baku TV

Hadisə
26 iyul 2026 559 baxış
Şəmkirdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı 16 yaşlı qız saxlanılıb - Baku TV

Şəmkirdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı 16 yaşlı qız saxlanılıb - Baku TV

Hadisə
25 iyul 2026 559 baxış
8 aylıq həbsə səbəb olan dava qətllə bitdi | Yevlaxda qandonduran hadisə

8 aylıq həbsə səbəb olan dava qətllə bitdi | Yevlaxda qandonduran hadisə

Hadisə
24 iyul 2026 559 baxış
Yük avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb

Yük avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb

Hadisə
24 iyul 2026 559 baxış
“Tək övladımız idi, xəbər verdilər ki...” | Dənizdə batan Elgünün ailəsi fəryad etdi - Baku TV

“Tək övladımız idi, xəbər verdilər ki...” | Dənizdə batan Elgünün ailəsi fəryad etdi - Baku TV

Hadisə
24 iyul 2026 559 baxış
Seçilmişlər
icon