Pleyeri seçin:
Arvadını qətlə yetirən şəxsin planı | Qobustanda tükürpərdən cinayət
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 11-i saat 20:00 radələrində 1974-cü il təvəllüdlü Pərvanə Zeynalovanın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən evində öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 1970-ci il təvəllüdlü Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zaman Zeynalov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Kopyalandı
#Qobustan teqi istifadə olunub
- “Xahiş etdik, müəllim bizi saymadı” - Əhali çətin durumda | "Gələn qonaqlardan utanıram!" - Baku TV
- Sürücülərin işi xeyli asanlaşdı | Qobustanda yeni körpü açıldı - 24 SAAT
- “Azəriqaz” vətəndaş qəbulu keçirib | Azər Məmmədov müraciətləri dinləyib - Baku TV
- Ana və 3 övladına dəhşət yaşadan hadisə | "Tapmadıq, bilmirik ki..." - Baku TV
- Qobustan qayaüstü rəsmləri azərbaycanlıların etnogenez tarixini sübut edir?
