Pleyeri seçin:

Arvadının xəyanətindən şübhələnib qətlə yetirdi | Məhkəmədə nələr baş verdi?

11 dekabr 2024 162 baxış

Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən paytaxt sakini Bəxtiyar Vəliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror Eldar Həmzə təqsirləndirilənə ittiham aktını elan edib. Məhkəmənin növbəti iclası yanvarın 11-nə təxirə salınıb.

İbtidai istintaq zamanı müəyyən olunub ki, Bəxtiyar Vəliyev paytaxtdakı gözəllik salonlarından birində çalışan həyat yoldaşının mobil telefonuna baxarkən tanımadığı kişinin fotosunu görsə də, bu barədə ona heç nə deməyib.

Bir neçə gün sonra isə məsələyə aydınlıq gətirmək istəyib. O, əvvəlcədən yaşadığı Zabrat qəsəbəsindəki marketlərdən birindən bıçaq alıb və həyat yoldaşının çalışdığı gözəllik salonuna gedərək onun işdən çıxmağını gözləyib.

Onlar birlikdə evə gələrkən yolda Bəxtiyar Vəliyev telefonda fotosunu gördüyü yad kişinin kimliyini soruşub. Qadın isə ərinin sualını cavablandırmaq əvəzinə onun yanından qaçaraq uzaqlaşmağa cəhd edib. Bəxtiyar Vəliyev həyat yoldaşına qaçmağa macal verməyərək ona bir neçə bıçaq zərbəsi endirərək ağır xəsarətlər yetirib.

B.Vəliyevə qarşı Cinayət Məcəlləsinin ümumi təhlükəli xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hadisə 2024-cü ilin avqust ayının 17-də Sabunçu rayonu ərazisində baş verib. 1999-cu il təvəllüdlü Xumar Həsənlinin aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun yaydığı məlumata görə, araşdırmalarla 1997-ci il təvəllüdlü B.Vəliyevin rayon ərazisində arvadı X.Həsənliyə kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməsi nəticəsində zərərçəkənin müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 162 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 162 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 162 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 162 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 162 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 162 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 162 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 162 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 162 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 162 baxış
Seçilmişlər
icon