Atasını öldürməkdə təqsirləndirilən oğul hakim qarşısında - Baku TV
Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Ayxan Vəlizadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Məhkəmənin baxış iclası mayın 6-na təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsi "Gülçülük Sovxozu" adlanan ərazidə baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub. İlkin araşdırmalarla İftixar Vəlizadənin 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələr müəyyən olunub.
Ayxan Vəlizadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.1-qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
#Sabunçu teqi istifadə olunub
- Ərini öldürməkdə təqsirləndirilən qadına ağır cəza verildi - Baku TV
- "Ölüm yolu"nda daha bir faciə | Bu yolda niyə tədbir görülmür? - Baku TV
- "Sabunçuya baxan yoxdur!" | Antisanitar vəziyyət | "Bizə hörmət etmirlərsə, heç olmasa..." - Baku TV
- Sabunçu sakinlərinin yol və zibil problemi
- Sakinlər sahibsiz küçə itlərindən də şikayət edir
