Pleyeri seçin:

Atasını qətlə yetirən oğula ağır cəza | Bakıdakı dəhşətli hadisənin təfərrüatı

19 avqust 2024 696 baxış

2023-cü il avqustun 29-u saat 10 radələrində Sabunçu Tibb Mərkəzində Fərmail Məmmədovun ölməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə məlumat daxil olub.

Hadisədən bir gün sonra şübhəli şəxs qismində mərhumun oğlu, 1977-ci il təvəllüdlü Namiq Məmmədov saxlanılıb. Onun barəsində istintaq əməliyyatları aparılaraq toplanılan məlumatlar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə iclası zamanı iş üzrə dindirilən N.Məmmədov ifadəsində bildirib ki, o, spirtli içki aludəçisi olub. Elə hadisə günü də 2 litrə yaxın araq içib. Evə sərxoş halda gələrək yenə içki almaq üçün evdən pul götürəndə atası onu danlayıb.

Bu səbəbdən aralarında mübahisə yaranıb və atasını vuraraq pilləkənlərdən aşağı salıb. Bir neçə gün sonra isə atasının xəstəxanada öldüyünü öyrənib.

Zərərçəkmiş şəxs qismində dindirilən mərhumun həyat yoldaşı Sima Məmmədova ifadəsində göstərib ki, hadisə günü axşam saat 22 radələrində oğlu Namiq Məmmədov yenə evə içkili vəziyyətdə gəlib və 1 saata yaxın yatıb.

Oyanandan sonra o, mətbəxə keçib, əlində bıçaqla geri qayıdan oğlunu çağırmağa başlayıb. Amma uşaq qorxusundan digər otağa qaçıb. Oğlunun bu hərəkətini görən ana əri Fərmaili yuxudan oyadıb. Bu zaman isə N.Məmmədov qızı Simanı döyməyə başlayıb.

Səs-küyə yataq otağından çıxan Fərmail oğlu Namiqə nəvəsini vurmamasını bildirib. Bundan qəzəblənən Namiq atasına təpiklə möhkəm zərbə vurub. Zərbənin təsirindən yoldaşı pilləkənin məhəccərini sındırıb və arxası üstə daş döşəmənin üzərinə yıxılıb. Fərmailin başından təzyiqlə qan axdığından halsız vəziyyətə düşüb.

Fərmail Məmmədov qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlərdən 13 gün sonra isə xəstəxanada dünyasını dəyişib.

Məhkəmə iclasında Namiq Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmadığını qeyd edib, ona qanunla nəzərdə tutulan cəzanın verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Məmmədov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133-cü (işgəncə vermə) maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

Banner
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 696 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 696 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 696 baxış
Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Hadisə
05 noyabr 2026 696 baxış
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 696 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 696 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 696 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 696 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 696 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 696 baxış
Seçilmişlər
icon