Atatürk prospektindəki tuneldə qəzada sürücü ağır yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü ağır xəsarət alıb.
Qəza Atatürk prospektinə ayrılan tuneldə qeydə alınıb.
Belə ki, İbrahimli Nicat Qabil oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə tuneldə hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi tunelin istinad divarına çırpılıb.
Hadisə zamanı Nicat İbrahimli ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona aşağı ətrafın açıq sınığı, qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.
Onun qəza zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi bildirilir.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.
Hadisə nəticəsində avtomobilin yağı və yanacağı yola dağıldığından əraziyə FHN-in briqadası cəlb edilib.
Polis əməkdaşları başqa hadisənin baş verməməsi üçün yolda tənzimləmə işləri aparıb.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
