Pleyeri seçin:

“Avropa çempionunu bu şəraitdə böyütmüşəm” | Çıxılmaz durumda qalan ailə kömək istədi - Baku TV

27 may 2026 518 baxış

Kürdəmir rayonu Məhsəti Gəncəvi küçəsi, ev 12-də yaşayan Yaşar Əsgərov Baku TV-nin qaynar xəttinə müraciət edərək təqribən 50 il əvvəl çiy kərpicdən tikilmiş və dörd il öncə qəzalı vəziyyətə düşən evinin artıq bir neçə gündür ki, uçduğunu və bunun nəticəsində dörd nəfər ailə üzvünün evsiz qaldığını bildirib.

Ev sahibinin sözlərinə görə, bununla bağlı əvvəllər də aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, onun müraciətinə əhəmiyyət verən olmayıb. Hazırda çətin durumda qalan ailə aidiyyəti qurumlardan kömək istəyir.

“Ev tamamilə qəzalı vəziyyətə düşəndən sonra kirayə qalmalı olduq. 200 manat pulu çətinliklə ödəyirəm. İki övladım var. Oğlumun biri Avropa çempionudur. Onu bu sınıq-sökük evdə əziyyətlə böyütmüşəm. Ev başımıza uçsaydı, necə olacaqdı?!”, – deyə zərərçəkən Şərəf Əsgərova bildirib.

Mövzu ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələdən xəbərdardırlar. Yaşar Əsgərova məxsus fərdi yaşayış evinə Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları ilə birlikdə baxış keçirilib.

Vətəndaşa bildirilib ki, Rayon İcra Hakimiyyətinin xərclər smetasında fərdi yaşayış evlərinin təmir, bərpa və tikintisi üçün vəsait nəzərdə tutulmadığından fərdi yaşayış evinin bərpası səlahiyyətləri xaricindədir. Amma buna baxmayaraq, Kürdəmir RİH tərəfindən fərdi yaşayış evinin uçması barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinə rəsmi məktub vasitəsilə ünvanlanıb. Məktub araşdırıldıqdan sonra ev sahibinə yekun məlumat veriləcək.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 518 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 518 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 518 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 518 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 518 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 518 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 518 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 518 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 518 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 518 baxış
Seçilmişlər
icon