Pleyeri seçin:
Avtobus “Chevrolet”-lə toqquşub, 1 nəfər yaralanıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Qazax yolunun 198-ci km-də, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Ağdam sakini 1988-ci il təvəllüdlü Rüstəmov Ramil Akif oğlunun idarə etdiyi “Mercedes” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olan və Bakı şəhər sakini Məcidov Dağlar Heydər oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobilə çırpılıb.
Nəticədə, “Chevrolet”dəki sərnişin, 1972 ci il təvəllüdlü Məcidova Bəsti Məhəmməd qızı müxtəlif növ bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəyə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
