Hadisə
Pleyeri seçin:
Azərbaycan-Ermənistan sərhədində güclü zəlzələ baş verdi
Azərbaycan-Ermənistan sərhədində 5 bala yaxın zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, dekabrın 21-i yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.
Daha sonra eyni bölgədə 3 və 3,8 maqnitudalı daha iki zəlzələ baş verib.
Kopyalandı
Seçilmişlər