Bacı qatilinə hökm oxundu | Bakıda dəhşətli qətlin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Bacısını işgəncələr verərək amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 56 yaşlı paytaxt sakini Azər Əfəndiyevə hökm oxunub.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilib. Hökmə əsasən, Azər Əfəndiyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Ötən prosesdə prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə 2023 cü il avqustun 2-də paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərdən birində baş verib. İttiham aktına əsasən, Azər Əfəndiyev onunla birlikdə yaşayan bacısı, 58 yaşlı Məlahət Əfəndiyevanı axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyüb.
Təqsirləndirilən şəxs onun bədəninin müxtəlif nahiyələrinə uzun müddət ərzində intensiv olaraq çoxsaylı yumruq və təpik zərbələri endirib. Həmçinin ona qarşı nalayiq hərəkətlər etməklə, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb. Aldığı zərbələrdən sonra taqətsiz halda olan Məlahət Əfəndiyeva yıxılıb, başı döşəməyə dəyərək ölüb.
Azər Əfəndiyevə qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
- "Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV
