Bakı-Naxçıvan təyyarəsi geri döndü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə Bakıya geri qayıdıb.
Bu barədə AZAL-dan məlumat verilib. Bildirilib ki, əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Azərbaycan Hava Yolları"nın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı hava limanına qayıtmaq qərarına gəlib.
Bununla yanaşı, Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın "AirAsia" şirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş sorğusu göndərib.
Hava limanından verilən məlumata görə, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı Hava Limanına eniş edib.
“Həmçinin səhər saatlarında Bakı aeroportu duman səbəbindən Tbilisi Beynəlxalq Hava Limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakıdan təyinat yerinə yola düşüb”, - deyə qurumdan bildirilib.
Aktual xəbərlərimiz ...
