Bakı-Qazax yolunda mikroavtobusla avtomobil toqquşdu | Ölən və yaralanan var
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən ona arxadan gələn “Ford” tranzit markalı mikroavtobus çırpılıb. Qəza zamanı “VAZ-2107”nin sürücüsü, İmişli rayon sakini 21 yaşlı Samir Hüseynli hadisə yerindəcə dünyasını dəyişib. Onun sərnişini olan qardaşı 2009-cu il təvəllüdlü Eynulla Hüseynli isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
“28 dekabr 2024-cü il tarixində Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 2009-cu il təvəllüdlü kişi cinsli şəxs saat 05:00 radələrində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona alt dodağın və sol budun aşağı nahiyəsinin cırılmış yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxs ambulator müalicəyə buraxılıb. Hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Elvira Cavadova bildirib.
Hazırda faktla bağlı araşdırma aparılır.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
