Pleyeri seçin:

Bakıda aktyor və arvadının qətlində dəhşətli fakt | Təqsirləndirilən şəxs elə şey dedi ki...

04 aprel 2025 704 baxış

Paytaxtda aktyor İosif Tkaç və onun həyat yoldaşı Lyudmila Tkaçı qətlə yetirməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesin ilkin mərhələsində təqsirləndirilən şəxsin ifadələrindəki ziddiyyətlər müzakirə predmeti olub.

İslam Hadıyev həm ibtidai istintaqda, həm də məhkəmə proseslərindəki sərbəst ifadələri zamanı qətlə yetirilən aktyorun evindən oğurladığı 50 min manatı əvvəlcə Salyan rayonunda özünə məxsus evdə basdıraraq gizlətdiyini bildirib.

Daha sonra isə həmin pulun valyuta olan hissəsini manata dəyişərək "Kia Sportage" markalı avtomobil aldığını desə də, sonradan bu ifadəsini danıb.

Məhkəmədə sonuncu ifadəsi zamanı o, aktyor və onun həyat yoldaşını tamah məqsədilə yox, ona hücum etdiklərinə görə qorxduğundan öldürdüyünü bildirib. Onların evindən 50 min manatın oğurlaması faktını da danaraq avtomobili ustalıqdan qazandığı pulla aldığını deyib.

Prokurorun ona ünvanladığı suallara isə İslam Hadıyev qeyri-səmimi cavab verib. Daha sonra məhkəmə istintaqı yekunlaşaraq sənədlərin tədqiqi mərhələsinə start verilib. Məhkəmənin növbəti prosesi aprelin 10-da davam edəcək.

Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda baş verib. 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaçı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qətlə yetirilən İosif Tkaç 1997-ci ildən Səməd Vurğun adına Rus Dram Teatrında aktyor vəzifəsində çalışıb. Cinayət hadisəsini törətməkdə şübhəli bilinən İslam Hadıyev aktyorun evində əvvəllər usta kimi işləyib və bu müddət ərzində də yaşlı ər-arvadın etibarını qazanıb.

Aktyor evindən oğurlanan 50 min manata görə İslam Hadıyevi ittiham edib. Münaqişə də elə bundan sonra başlayıb. İosif Tkaç və arvadı Lyudmila Tkaç pulu qaytarmayacağı təqdirdə İslam Hadıyevdən polisə şikayət edəcəklərini bildiriblər.

İslam Hadıyev onların yaşadıqları mənzilə gələrək ər-arvadı öldürüb və daha sonra Salyan rayonuna qaçıb. Salyan rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb.

Onu da qeyd edək ki, aktyorla yanaşı, qətlə yetirilən həyat yoldaşı Lyudmila Tkaç respublikanın tanınmış pedaqoqlarından biri olub. Təqsirləndirilən barədə Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.

Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 704 baxış
Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Hadisə
23 sentyabr 2026 704 baxış
Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 704 baxış
Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Hadisə
23 sentyabr 2026 704 baxış
2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

Hadisə
22 sentyabr 2026 704 baxış
Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 704 baxış
Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Hadisə
22 sentyabr 2026 704 baxış
Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Hadisə
22 sentyabr 2026 704 baxış
COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 704 baxış
"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 704 baxış
Seçilmişlər
icon