Pleyeri seçin:
Bakıda avtomobil elektrovozla toqquşub : ölən və yaralılar var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 2-də saat 23:20 radələrində ADY-yə məxsus elektrovoz Qala-Binə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-FV-520 olan “Hyundai Elantra” markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib. Bildirilib ki, maşinist tərəfindən təcili tormozlanma aparılsa da, tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub.
Hadisə nəticəsində xəsarət almış sürücü və 1 sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılarkən sürücü yolda dünyasını dəyişib.
Kopyalandı
#Qəza hadisəsi teqi istifadə olunub
- Qorxunc hadisənin detalları | Avtomobilin neft quyusuna düşməsinin səbəbi açıqlandı - Baku TV
- Badamdarda su borusunda qəza baş verdi | Baku TV hadisə yerində
- Sürücü idarəetməni itirib dəhşətli qəza törətdi | Kənd sakini hadisəni danışdı
- Bakının mərkəzində dəhşətli qəza baş verdi
- Tərs külək hava şarını sürükləyib aşırdı | Türkiyədə qorxulu hadisə
