Bakıda döyülən 16 yaşlı qızla bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda fəaliyyət göstərən peşə məktəblərindən birinin tələbəsi olan 16 yaşlı qızın ailəsi tərəfindən döyülməsi faktı aşkarlanıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, yeniyetmə təhlükəsizliyinin təmin edilməsi üçün sığınacağa yerləşdirilməlidir.
Elm və Təhsil Nazirliyinin tabeliyində olan Peşə Təhsili üzrə Dövlət Agentliyindən isə Baku TV-yə bildirilib ki, hadisə noyabrın 30-da baş verib.
“Yeniyetmə yaşadığı evdə döyülüb. Dekabrın 1-də peşə məktəbinə gələndə onda döyülmə izləri aşkarlanıb. Rəhbərlik tərəfindən məsələ barədə Daxili İşlər Nazirliyinə və aidiyyəti qurumlara məlumat verilib”, – deyə qurumun açıqlamasında qeyd edilib.
DİN-in məlumatına görə isə faktla bağlı araşdırma aparılır.
#Azərbaycan Uşaqları İB teqi istifadə olunub
- 17 yaşlı yeniyetmə sığınacaqdan niyə qaçıb?
- 14 yaşlı hamilə qızı sığınacağa anası gətirib? | "Ana-atanın öz övladından xəbəri yoxdur..."
- Deyirlər ki, öz istəyimlə etmişəm... | Sığınacağa martdan bəri neçə yeniyetmə yerləşdirilib?
- Yardımlıda azyaşlını anası və atalığı görün nəyə cəlb edib | Dəhşətli hadisənin təfərrüatı
- Sığınacaqdakı uşaqlar arasında infeksiya təhlükəsi | Kəmalə Ağazadə son vəziyyəti açıqladı
