Bakıda eyni yerdə ikinci dəhşət | Torpaq sürüşməsi olan ərazidə niyə tədbir görülməyib? - Baku TV
Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən yaşayış binasının yaxınlığında torpaq sürüşməsi baş verib.
Hadisə avqustun 2-də yaşayış binasından təxminən 24-25 metr məsafədə, hündürlüyü 12-16 metr, uzunluğu isə 140-150 metr olan sərt kəsilmiş yamacın 28-30 metrlik hissəsində qeydə alınıb.
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Lakin ərazidə park edilmiş üç avtomobilə ciddi ziyan dəyib.
Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyevin sözlərinə görə, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi səbəbindən baş verib. Hazırda ərazi aidiyyəti dövlət qurumlarının nəzarətindədir və müvafiq tədbirlər görülür.
Qeyd edək ki, cari ilin mart ayında da həmin ərazinin yaxınlığında oxşar sürüşmə hadisəsi qeydə alınmışdı. Həmin vaxt təhlükənin aradan qaldırılması ilə bağlı tədbirlərin görüləcəyi bildirilsə də, sakinlərin sözlərinə görə, indiyədək ciddi işlər aparılmayıb.
Ərazi yaşayış binalarının həyətinə yaxın olduğundan burada sakinlərin, xüsusilə uşaqların hərəkəti davam edir. Bundan əlavə, yamacın yuxarı hissəsində məktəb, stadion və yaşayış binaları yerləşir ki, bu da təhlükəsizlik riskini daha da artırır.
#Xətai rayonu teqi istifadə olunub
- Asfalt örtüyü çəkdilər, amma xətlər yoxdur | Təhlükəli mənzərənin səbəbi nədir? - Baku TV CANLI
- Qaş düzəldəndə göz çıxardılar? - Asfalt örtüyü dəyişilən yolların xətlənməsi niyə yubanır? - Baku TV
- 8 Noyabr prospektində yenilik | Bu hissələrdə diqqətli olun - Baku TV CANLI
- Xətaidə yol təmirinə start verilir | Sürücülərə müraciət - Baku TV
- Xətaidə baş verən problem niyə həll olunmur? | Problem nə vaxt aradan qaldırılacaq? - Baku TV
