Bakıda film kimi əməliyyat | Soyğunçulara polis basqını
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda vətəndaşlardan birinin avtomobilindən bank kartları naməlum şəraitdə oğurlanıb. Daha sonra isə oğurluq edən şəxs həmin kartlardan 1 110 manat çıxararaq nağdlaşdırıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Taleh Nəzərov saxlanılıb.
Onun üzərindən əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb. T.Nəzərov ifadəsində oğurladığı pulu şəxsi istifadəsi üçün aldığı narkotik vasitələrə xərclədiyini bildirib.
Binəqədi rayonunda isə 800 manat dəyərində lotereya biletini açıq talama yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş Emin Səmədli, qardaşı Elvin və tanışları Anar Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıblar. Bu şəxslər “izi” itirmək məqsədilə qeyd edilən cinayəti törədən zaman hadisə yerinə icarəyə götürdükləri avtomobillə gediblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
#Oğurluq teqi istifadə olunub
- Tunc dövrünə aid xəzinənin oğurlanmasının əvvəlcədən planlaşdırıldığı bildirilir
- Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV
- Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV
- Braziliyada dəhşətə gətirən oğurluq baş verdi
- İtən, oğurlanan avtomobil nömrələri bərpa olunmur? - "Oğurlayıblar, indi məcburam ki..." - Baku TV
