Pleyeri seçin:

Bakıda gənc oğlanı qətlə yetirən şəxs hakim qarşısında | Məhkəmədən görüntülər

18 iyul 2024 186 baxış

Paytaxtda qətl törətməkdə təqsirləndirilən Elşən Nəbiyevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq müvəkkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Zərərçəkmiş şəxsin vəkili isə vəsatət qaldıraraq cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını və təqsirləndirilən şəxs barəsində daha ağır maddələrin təyin edilməsini istəyib.

Bundan sonra çıxış edən prokuror Cövdət Mehrəliyev cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib. Məhkəmə qısa müşavirədən sonra hər iki tərəfin vəsatətlərini təmin etməyib. Eyni zamanda işin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib. Məhkəmənin ilk baxış iclası avqustun 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2023-cü ilin dekabrında paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Araşdırmalarla 1975-ci il təvəllüdlü Elşən Nəbiyevin şəxsi münasibətlər zəminində 1990-cı il təvəllüdlü Etibar Əliyevi bıçaqlayaraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Elşən Nəbiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci, qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Banner
“Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV

“Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV

Hadisə
28 oktyabr 2026 186 baxış
Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Hadisə
28 oktyabr 2026 186 baxış
Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Hadisə
28 oktyabr 2026 186 baxış
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 186 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 186 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 186 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 186 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 186 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 186 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 186 baxış
Seçilmişlər
icon