Bakıda iki nəfəri qətlə yetirən gəncin məhkəməsi başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda kafedə iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra çıxış edən dövlət ittihamçısı Eldar Həmzə cinayət işinin məhkəmə baxışının təyin edilməsini təklif edib. Məhkəmə qısa müşavirədən sonra təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və işin baxışa verilməsi ilə bağlı qərar verib. Məhkəmənin ilk baxış iclası mayın 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 31-də Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev qəsəbədəki iaşə obyektlərindən birində aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
