Bakıda iki qardaş yol qəzasında həlak oldu
Yeniliklərdən dərhal xəbərdar olun
İcarəyə götürdükləri avtomobilin aşması nəticəsində iki qardaş həyatını itirib.
Sosial şəbəkələrdə paylaşılan ağır yol-nəqliyyat hadisəsi Səbail rayonu, Bibiheybət yolunda baş verib. 1999-cu il təvəllüdlü Tural Şiriyev “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb və avtomobil yol kənarına aşıb.
Nəticədə kirayələdiyi avtomobil iki hissəyə bölünərək tamamilə yararsız hala düşüb. Yan sükanda əyləşən qardaşı xəstəxanaya çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.
Şahidlərin bildirdiyinə görə, hadisənin baş verməsinə əsas səbəb sürücünün avtomobili içkili halda idarə etməsi olub.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
#Avtomobil qəzası teqi istifadə olunub
- İmişlidə minik avtomobilinin aşması nəticəsində bir nəfər həyatını itirib - ƏSAS XƏBƏR
- Minik avtomobili iki yük maşınının arasında qaldı | Rusiyada bədbəxt hadisə - 24 SAAT
- Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
- Bakıda avtomobil neft quyusuna düşdü
- Naxçıvanda dəhşətə gətirən ailə faciəsi yaşandı - Baku TV CANLI
